Putin Azərbaycan-Ermənistan sərhədindəki münaqişəyə münasibət bildirməyib


Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti “Rusiya üçün çox həssas” adlandırıb.

Azadpress.az xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, Rusiya lideri bu fikri Təhlükəsizlik Şurası daimi üzvlərinin bu gün keçirilən iclasında deyib.Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iclasda "Bu respublikaların sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistanla münasibətləri müzakirə edilib".

Bununla belə Rusiya prezidenti münaqişəyə heç bir münasibət bildirməyib,siyasi qiymət verməyib və neytral qalıb.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.