top of page

Putin Qarabağ məsələsinə görə təcili iclas çağırıb


Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı münaqişənin həlli ilə bağlı toplantı keçirib. Bu haqda RİA Novosti xəbər verir.


İclas Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü ərəfəsində keçirilib. İclasda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, FSB direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.


Ötən gün Kreml Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacağını açıqlayıb. İclas 11 yanvarda baş tutacaq. Görüşdə üç ölkə liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli bəyanatının icrası və bölgə problemlərinin həlli üçün mümkün addımlar müzakirə ediləcək. Azadpress.az

Comments


bottom of page