Azərbaycan,Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi xüsusi üçtərəfli işçi qrupu Dağlıq Qarabağda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə məşğul olacaqdır. Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.
“Bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin açılması və sərhədlərin açılması vəzifəsi xüsusi diqqətə layiqdir. Bu məsələlərin Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi xüsusi üçtərəfli işçi qrupu tərəfindən həll ediləcəyi güman edilir”
Comments