Ermənistan ordusunun əsgəri Azərbaycanın işğal altındakı ərazilərində ölüb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, əsgər başından güllə yarası alıb. Hərbi çağırışçı Enrik Aramyanın mayın 19-da, saat 20.30 radələrində öldüyü xəbər verilir. Ermənistanın İstintaq Komitəsi faktla bağlı araşdırmalar aparır.
top of page
bottom of page
Comments