Qaradərili Con Floydu öldürən polis həbs edildi


ABŞ-da qaradərili Corc Floydun ölümünə səbəb olan polis Derek Çauvin Minnesota əyalətinin ən yüksək səviyyədə qorunan həbsxanasına göndərilib. 


Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, qaradərili C.Floydu öldürən polis əyalətdəki ən yüksək səviyyədə qorunan “Oak Park Heights”adlı həbsxanaya göndərilib. 

Məlumata görə, Vinkonsin sərhədinə yaxın ərazidə yerləşən adı çəkilən həbsxanadan bu günə qədər heç bir məhbus qaça bilməyib. Bu həbsxana eyni zamanda ölkənin ən təhlükəsiz həbsxanası hesab olunur. 

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.