top of page

Qlobal maye karbohidrogenlərin istehlakı nə zaman bərpa olacaq? - PROQNOZ


Neft və digər maye karbohidrogenlərdən qlobal istifadə 2023-cü il üçün pandemiyadan əvvəlki (2019-cu il) səviyyəyə qayıdacaq.

Bu barədə "APA-Economics" ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, bu artım İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrdə enerji istehlakının hesabına baş verəcək.

EIA OECD-yə daxil olan ölkələrdə növbəti 30 il ərzində haçansa maye karbohidrogenlərin pandemiyadan öncəki istehlakına qayıdacağını proqnozlaşdırmır, bu da həmçinin yanacaq səmərəliliyinin artması ilə əlaqədardır.

Azadpress.az


bottom of page