top of page

“R&B” Azərbaycan Dəmir Yollarının açıqlamasını təkzib edir və 650 min tələb edir



Çexiya şirkətindən Azərbaycan Dəmir Yollarına qarşı 650 min dollarlıq iddia məhkəməsi başladı.


“ROBERTSON BLUMS” ADY QSC-nin bu barədə açıqlamasını təkzib edir və zərərin ödənilməsini tələb edir.

Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” QSC xarici şirkətə zərər vurduğu iddia olunur. Bu səbəbdən də ADY QSC məhkəməyə verilib. Avropanın aparıcı şirkətlərindən olan “ROBERTSON BLUMS” bəyan edib ki, Qapalı Səhmdar Cəmiyyəti müqavilə şərtlərini pozaraq külli miqdarda ziyan vurub.

İddiaçı şirkətin məhkəməyə müraciətindən sonra ADY QSC Çexiya şirkəti olan “ROBERTSON BLUMS” un iddiası ilə bağlı mövqeyini bilriirb. QSC görülmüş işlərdə ciddi qüsurlar aşkarlandığını deyib. “ROBERTSON BLUMS” isə öz növbəsində QSC-nın yaydığı məlumatı təkzib edib və fırıldaqçılığın qurbanı olduğunu bildirib.

“ROBERTSON BLUMS” dan Azadpress.az-a daxil olan məlumata görə, Azərbaycan Dəmir Yolları borcunu təkzib edən məlumatı yaymaqla məsuliyyəti öz üzərindən atmaq istəyir. Halbuki mövcud olan bütün müqavilələr,danışıq predmetləri və görülən işlərin həcmi sübut edir ki, ADY öz öhdəliklərini pozub və faktiki olaraq şirkətə külli miqdarda ziyan vurub. Müqavilə tələblərinin pozulmasına görə 180 000 ABŞ dollları, şirkətin investisya etdiyi 110 000 ABŞ dollları, əldən çıxmış faydaya görə 360 000 ABŞ dollları, ümumikdə 650 000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq şirkətə ödənilməsi iddiası məhkəmədədir.


Azərbaycan Dəmir Yolları QSC-nı məhkəməyə verən Robertson & Blums (R&B) şirkəti 1990 cı ildən bu günədək dünyanın 25 ölkəsində 700 dən çox müştərinin biznes proseslərini avtomatlaşdırmış və konsaltinq xidmətləri göstərib. Şirkətin ADY QSC ilə başlayan iş birliyi haqda veridyi məlumat belə yazılıb:

“ADY QSC “ERP” sisteminin tətbiqində lazımi nəticə əldə edə bilmədiyindən 2018 ci ildə ADY-nin maliyyə-logistika sisteminin 1C ERP bazasında avtomatlaşdırılması üçün Robertson & Blumsun Azərbaycan nümayəndəliyinə müraciəti olunmuşdur. Belə ki, ADY rəhbərliyi bu layihənin işə salınması üçün maliyyə resurslarının çatışmazlığına istinad edərək mümkün olacaq endirimlərin edilməsi üçün xahiş etmiş və qısa bir zaman aralığnda layihənin həqiqi dəyərinin ödənilməsi üçün büdcənin artırılacağı üçün vəd vermişdir. Robertson&Blums rəhbərliyi Çexiya və Azərbaycan arasında mövcud olan strateji partnyorluğu nəzərə alaraq ADY-nın bu müraciəti üçün layihənin maya dəyərindən daha aşağı qiymətlərlə, görünməmiş güzəştlərə getmişdir. Cədvələ uyğun olaraq bir illik hər ay üçün şərti 3500 ABŞ dolları qiymət təyin olunmuşdur. Həmçinin R&B şirkəti tərəfindən layihə işlərinin tam və keyfiyyətli görülməsi, layihə komandasının tam təşkil olunması üçün əlavə 110000 ABŞ dollar məbləğində resurslar ayrılmışdır”

Beləliklə, Bakı komandasının sərf etdiyi əmək nəticəsində ADY tarixdə ilk dəfə olaraq bir mərkəzləşmiş sistem daxilində işləməyə başlamış, istifadəçilərin sayı yüzü keçmiş, həmçinin sitemdən lazım olan bütün vacib, doğru hesabatlar avtomatik olaraq əldə edilə bilmişlər. Amma layihədə söz verilən əlavə işlərin görülməsi və büdcənin artırılması barədə verilən vədlər yerinə yetirilməmişdir. Hətta belə müqaviləyə əsasən görüləcək işlərin həcmi bir tərəfli şəkildə azaldılmış, layihənin bir hissəsi digər üçüncü şəxs təchizatçılara ötürülmüş və hər cür saxta ittihamlar və görülən işlərdən narazılıq adı altında maneələr qoymaqla R&B şirkətinin işinin gedişatına maneçiliklər törətmişdirlər.


ADY QSC isə ötən həftə yaydığı məlumatda bildiriib ki, “Azərbaycan Dəmir Yolları” proqram təminatı üzrə lisenziyaya görə ödənişi tam şəkildə etsə də, “ROBERTSON BLUMS” müqavilənin əsas şərtlərini pozub, qeyd edilən lisenziya bu günədək təqdim olunmayıb: “Qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpası istiqamətində hazırda tədbirlər görülməkdədir…”.

Buna cavab olaraq Robertson&Blums bilirib ki, öhdəlikdə olan işlər keyfiyyətlə və zamanında icra olunub:

"2020-ci il yanvar ayında ADY birtərəfli şəkildə hər hansı bir prosedurlar qaydalarına riayət etmədən və xəbərdarlıq göndərmədən R&B ilə olan bütün əlaqələri dayandırıb, əməkdaşlarla ADY-də fərdi şəxs qismində işləməyə başlayıblar. Bu isə öz növbəsində müqavilənin şərtlərini kobud şəkildə pozulması deməkdir. Beləki, tərəfimizdən aşkar olunmuşdur ki, 2019-cu ilin iyul ayından başlayaraq hər iki tərəfdən şəxsi tamahkar maraqları naminə Robertson&Blums şirkətini gözdən salmaq üçün oyun aparan iştirakçılar aşkarlandı. Müqavilənin əsas şərtlərini pozaraq R&B-in əməkdaşlarından olan iki nəfər - Sergey Perepelov və Ülviyyə Əlizadə ilə gizli danışıqlar aparılmış və bunun müqabilində ADY-da bilavasitə işlə təmin olunacaqları vəd verilmişdir. Bu zamandan etibarən Robertson&Blums-un nüfuzdan salınması barədə razılıq əldə olunmuşdur. Bununla da ADY-nin bəzi əməkdaşları tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə dair şaiyələr yayılmışdır"


Məsələyə Çex Respublikasının ölkəmizdəki Səfirliyi də qarışıb. Deyilir ki, Çex Respublikasının Səfirliyi tərəfindən müəyyən olunmuşdur ki, ADY və Robertson & Blums arasında olan müqavilənin 20-dən artıq bəndi pozulub. Səbir kasasını daşıran son damla isə subpodratçılar ilə gizli razılığa gəlinməsi və Robertson&Blums-un əməkdaşlarının öz tərəfinə çəkmələri olmuşdur. Buna sübut olaraq danılmaz faktlar mövcuddur. Təsdiqlənmiş məlumatlar əsasında, 2019-cu ilin sentyabrında ADY «1C-Рарус» , podratçıları və Robertson&Blums-un aparıcı əməkdaşları ilə separativ görüş təşkil ediblər, bu isə apriori korporativ etikanın pozulması deməkdir. Hal-hazırda iş Azərbaycan İqtisadiyyat Məhkəməsində baxılmaqdadır (növbəti məhkəmə iclası sentyabrın 7-i saat 10:30-da təyin olunmuşdur, hakim Leyla Əliyeva). Keçmiş əməkdaşlar Sergey Perepelov və Ülviyyə Əlizadə isə külli miqdarda dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar.


Şirkət ADY QSC-nin Lisenziyalar iddiasına belə aydınlıq gətirib:

R&B şirkəti proqram təminatı müəlliflərindən asılı deyil və apriori lisenziyaların satışı ilə məşğul olmur. R&B və ADY QSC arasında müqaviləyə əsasəsn (Əlavə 1: paraqraf 1, bənd 1, səh.: 3), R&B-in lisenziyanın alışında olan rolu yalnız etibarlı lisenziya təchizatçısının tapılmasından ibarətdir. R&B ADY ilə olan əsas müqavilənin imzalanmasından bir neçə ay öncə «1C-Рарус» şirkətinə müraciət edərək lisenziyanın təqdim olunmasına dair müqavilə imzalanmışdır ( 1С-Рарус-un məktubunda öz əksini tapmışdır, Əlavə 4: bənd 1, səh.4)”

Daha sonra R&B və ADY arasında müqaviləyə əsasən (Əlavə 1: paraqra 4, sətr 4, səh.5) lisenziyanın ödənişi tam şəkildə 10 iş gün ərzində həyta keçməli idi, lakin heç bir hesab nə vaxtında , nə də tam şəkildə ödənilməmişdir. (Əlavə 5). Bakı nümayəndəliyinin hesabında lisenziyaların alınması mümkün olmamışdır. (Əlavə 6 + hesablardan olan çıxarışları təqdim edə bilərik). Bu səbəbdən ADY-dən ödənişləri gözlədiyimiz üçün lisenziyaların pulu ödənilməmişdir, nəhayət ADY tərəfdən heç bir ödəniş olunmamışdır.

Şirkət ADY QSC-nin sistemlə bağlı iradına cavab olaraq bildirib ki, guya ADY-nin tələblərinə cavab verməyən tətbiq olunmuş ERP sistemi hələ də işləyir və bu sistemin istifadəçilərinin sayı durmadan artır. Ən əsası isə, ADY-nin aparıcı əməkdaşları ilə qeyri-rəsmi müzakirələr zamanı onlar istər R&B-in Bakı komandası tərəfindən tətbiq olunmuş sistem, istərsə də Robertson&Blums-un əməkdaşları haqqında çox müsbət fikir bildirirdilər

Robertson&Blums şirkəti yalnız zərər çəkmiş tərəf kimi ADY QSC - yə çətin zamanda keyfiyyətli xidmət və dəstək təqdim etməsinə cavab olaraq haqsızlıq, böhtan və uydurma ittihamlarla qarşılaşmışdır. Şirkət heç kimə və heç bri şirkətə qarşı qərəzli deyil, sadəcə ədalətin bərqərar olmasını və müqavilə şərtləri əsasında zərərin ödənilməsini istəyir.


Commentaires


bottom of page