top of page

Rayonlarda yoluxma sayı artıb, səbəbi isə...


Rayonlara gediş-gəliş müzakirə olunur.

Azadpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Burada rayonlar və paytaxt daxilindəki epidemioloji vəziyyət diqqətdə saxlanılır. Qarşıdakı dövrdə bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Ezamiyyələr ilə vətəndaşların rayonlara getməsi nəticəsində həmin yerlərdə yoluxma statistikasında nisbətən artım müşahidə olunub".

O əlavə edib ki, pandemiya dövrü səbəbilə ölkəmizdə dini mərasimlərin keçirilməsi zamanı kütləviliyə yol verilməməsi üçün vətəndaşlardan qaydalara riayət etmələri xahiş olunur:

"Vətəndaşlarımızın bu qaydalara ciddi riayət edəcəklərini gözləyirik. Vətəndaşlarımızın karantin qaydalarına riayət etmələri sayəsində biz bu nəticəyə nail olmuşuq. Qarşıdakı dövrdə də bu qaydalara əməl etməklə tendensiyanı əldə saxlayacağıq". Azadpress.az

Comments


bottom of page