Azərbaycan məkanında FM dalğalarının texniki təminat məsələsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baxır. Eyni zamanda qonşu ölkələrin FM dalğalarının Azərbaycan ərazisində yayımlanması da nazirliyinin səlahiyyətində olan məsələdir. MTRŞ ancaq radiolara lisenziyaların verilməsi, onların fəaliyyətinin təmin edilməsi ilə məşğuldur”.
Bunu teleqraf.com-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov deyib.
Regional tezliklərin tenderə çıxarılmasına gəlincə, aparat rəhbəri qeyd edib ki, yararlı boş tezliklər Şuranın qərarı ilə müzakirə olunub müsabiqəyə çıxarılır:
“Hər hansı radiotezliklərin müsabiqəyə çıxarılması, lisenziyanın verilməsi, yaxud verilməməsi kimi məsələlərə təbii ki, MTRŞ baxır. Tenderlər keçirilir. Bu vaxta qədər bütün radiostansiyalara lisenziyalar hansı mexanizmlə verilib?! Əgər Dövlət Radiotezliklər İdarəsindən MTRŞ-ə hər hansı ərazi üzrə tezliyin boş olması haqqında məlumat çatdırılırsa, bu tezlik boş qalmır. Təbii ki, həmin radiotezliklər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin istifadəsində olmursa, onlar tenderə çıxarılır. Yəqin belə bir məlumat olmayıb, Şuraya da müraciət edilməyib”.
Qeyd edək ki, ötən gün media eksperti Ələsgər Məmmədli Azərbaycan radio məkanında İran, Rusiya, hətta Ermənistan FM dalğaları yayımlanması ilə bağlı bəzi qurumların məsuliyyətini yada salmışdı. O, mövcud problemin həllində MTRŞ-nın passiv mövqeyinin müşahidə olunduğunu bildirmişdi: “İndiyə qədər MTRŞ regional tezlikləri tenderə çıxarmayıb. Bu, çox mühüm məqamdır, buraxılmış xətadır. Düşünürəm ki, bununla bağlı MTRŞ-nın yeni rəhbərliyi bu istiqamətdə qərar qəbul etməlidir”. Azadpress.az
Comments