"Rus diplomat Praqa merini zəhərləmək istəyib"


Sovet marşalı İvan Konevin heykəlinin sökülməsi ilə əlaqədar məsələ beynəlxalq gündəmin diqqətindən düşmür. Xatırladaq ki, bir müddət öncə Qərb mətbuatı Rusiyadan gələn bir diplomatın cibində zəhər tapıldığını və onun Praqa şəhərinin və iki rayonun merini öldürmək istədiyi barədə məlumat yaymışdı. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çexiyanın “Seznam” internet portalı hava limanında “ritsin” zəhəri ilə tutulan həmin rusiyalı diplomatın adını açılayıb. Bu, 34 yaşlı Andrey Viktoroviç Konçakovdur.

Yerli jurnalistlər onun Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu bildirərək, Çexiyada guya hansısa ticarət nümayəndələyinin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərdiyini bildiriblər. Andrey Konçakovun bu ilin mart ayınınn 4-də Praqaya gəldiyi və özü ilə bərabər mühüm məxfi sənədlər gətirdiyi də qeyd olunur. Rusiyalı “diplomat” “Seznam”ın facbook vasitəsilə ünvanladığı suala cavab olaraq həmin gün çantasında zəhər deyil, dezinfeksiya maddəsi və konfetlər olduğunu, həmçinin rəsmi Moskvanın razılığı olmadan heç bir müsahibə verməyəcəyini söyləyib. Xəbəri Rusiya kəşfiyyatının xaricdəki fəaliyyətini ifşa etməklə tanınan “The İnsider” saytı da təsdiqləyib. Çexiyanın “CT1” kanalının məlumatına əsasən, Andrey Konçakovun Çexiyaya hansı məqsədlə gələcəyi barədə əvvəldən “dost ölkələrin müvafiq strukturları tərəfindən” rəsmi Praqaya məlumat verilib. Çexlərin şübhəsini artıran Andrey Konçakovu bu ilin martın 14-də, özü də şənbə günü Rusiya səfirliyinin 1-ci katibi Aleksandr Antonov tərəfindən qarşılanması olub.Rusiya tərəfi ənənəvi olaraq bütün ittihamları rədd edir.Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.