top of page

Rusiya müxalifətinin lideri 3.5 il müddətinə həbs edildi


Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.

BAKU.WS TASS agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarına müvafiq olaraq Aleksey Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu cəza real həbslə əvəzlənib.

Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Aleksey Navalnı Almaniyadan Rusiya qayıtdıqdan sonra yanvarın 17-də Federal Penitensiar Xidməti tərəfindən saxlanılmışdı. Azadpress.az


Comments


bottom of page