Rusiya dövlət dumasının 35 deputatı koronavirusa yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dumanın sədri Vyaçeslav Volodin bildirib.O qeyd edib ki, deputatların hamısında COVID-19 var.
Xatırladaq ki, Rusiyada COVID-19 xəstələrinin sayı 700 min 792 nəfərə, koronavirus qurbanlarının sayı 10 min 667 nəfərə yüksəlib. Ümumilikdə 472 min 511 pasiyent koronavirusdan sağalıb. Azadpress.az
Comments