top of page

Rusiya pomidor idxalına qadağanı qaldırır




Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.


Azadpress.az xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr nəticəsində 1 yanvar 2021-ci il tarixindən daha 15 müəssisədən - "Binə Aqro" QSC, "AQROSELL" MMC, "Bakı Aqropark" MMC, "EKO AQRO" MMC, "Zirə Aqrokompleks" MMC, "BQ AQRO" MMC, "Gözəl Təbiət" MMC, "AGRO ART" MMC, "AQRO-FAVORİT" MMC, "Binə İstixana Kompleksi" MMC, "SHAMKİR GREENHOUSE" MMC, "GREEN TECH" MMC, "BAKİNSKİ" MMC, "POZİTRON" MMC və Əhmədova Aida Cavad qızına məxsus müəssisələrdən Rusiyaya pomidor ixracına icazə verilib.


Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.


bottom of page