top of page

Rusiya Qarabağ probleminin həllində Madrid prinsiplərini dəstəkləyir


“Həm Rusiya, həm də regionda sabitliyin gücləndirilməsində maraqlı olanlar müvafiq açıqlamalar verərək tərəfləri barışığa, atəşkəsə sövq etməlidir. Yəni buradakı sabitləşmə hamının marağındadır”.


“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmanla söhbəti zamanı bildirib.

“Bizim mövqeyimizə görə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində indiyədək ərsəyə gətirilmiş Madrid prinsipləri və beynəlxalq birlik tərəfindən ortaya qoyulan başqa prinsiplər danışıqlar masasında qalmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq üçün indiyədək göstərilən böyük səylərlə əldə edilən nailiyyətlərin hazırkı böhran üzündən hədər getməməsinə yol vermək olmaz”, – Rusiya rəsmisi deyib.

Madrid prinsipləriAzərbaycanlaErmənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakı şəkildə sıralanmışdır:

  • Ağdam rayonu

  • Füzuli rayonu

  • Cəbrayıl rayonu

  • Zəngilan rayonu

  • Qubadlı rayonu

  • Laçın rayonunun 13 kəndi.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.

bottom of page