Rusiyaya Avropanın 4 ölkəsinə qarşı "soyuq müharibə"yə başladı


Rusiya dörd ölkənin yeddi diplomatının ölkədən çıxarılmasına qərar verib. Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verib. Qərara əsasən Litva iki, Slovakiya üç, Latviya və Estoniyanın hərəsinin bir diplomatı həftə ərzində Rusiyanı tərk etməlidir. Qeyd edək ki, Moskva-Praqa münasibətlərində gərginlik davam edir. Gərginlik Çexiya hakimiyyətinin Rusiyanı Vrbetiçedəki silah anbarlarında baş vermiş partlayışlarda əlinin olması ittihamlarından sonra başlayıb. Bundan sonra ölkələr qarşılıqlı qaydada bir sıra diplomatları arzuolunmaz şəxs elan edib. Çexiya ilə həmrəylik nümayiş etdirən Litva, Slovakiya, Latviya, Estoniya, həmçinin ABŞ, Bolqarıstan, Ukrayna, Polşa və Rumıniya da rusiyalı diplomatlarla bağlı analoji addım atıb.

Azadpres.az

Sherq.az