Ruzveltin Nyu-Yorkdakı məşhur heykəli söküləcək


ABŞ-ın sabiq prezidenti Teodor Ruzveltin Nyu-Yorkdakı atlı heykəli söküləcək.


Azadpress.az “Report”a istinadən xəbər verir ki, bunu “The New York Times” yazıb.

Məlumata görə, bürünc abidə hələ 1940-cı ildə Amerika Təbii Tarix Muzeyinin qarşısında ucaldılıb. O, üç elementdən ibarətdir: T.Ruzvelt atın üzərində oturub, atın yanında isə bir tərəfdən afrikalı, digər tərəfdən isə hindli yeriyir.

Qəzet yazıb ki, heykəlin sökülməsi qərarını muzey verib. Bu qərarla şəhər rəhbərliyi də razılaşıb.

Qeyd olunub ki, bir çox fəal illərdir bu heykəlin sökülməsi üçün çalışıblar. Belə ki, onların fikrincə, Teodor Ruzveltin bu heykəli müstəmləkə işğalı və irqçiliyin simvoludur.  Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.