top of page

Sərtləşdirilmiş karantin Bakıda qalır, amma...




“Yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək”.


APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


H. Hacıyev deyib ki, 10 nəfərlik qruplarlda fərdi tədris və repititor xidmətlərinin fəaliyyətinə icazə veriləcək: “Tədris müəssisələrinin mərhələli şəkildə sentyabrın 15-dən fəaliyyətə başlayacağı nəzərə alınaraq, fərdi tədris və repititor xidmətlərinə icazə verilir ” Azaddress.az

Commenti


bottom of page