top of page

Saakaşvilinin partiyasına yeni sədr seçildi


Nika Meliya Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, onun sədrliyi partiyanın bu gün keçirilən qurultayında təsdiqlənib.

Tədbirə partiyanın lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də canlı videobağlantı ilə qatılıb.

Sədr seçkiləri elektron səsvermə yolu ilə keçirilib. N.Meliya prosesdə iştirak edən 20 779 nəfərin 64,9% səsini əldə edərək sədrliyə digər namizəd Levan Varşalomidzeni (35,1%) geridə qoyub.

Xatırladaq ki, VMHP-nin 2017-ci ildən sədri Qriqol Vaşadze olub. O, bu ilin dekabrın 15-də istefa verib.


Comments


bottom of page