SENSASİYA: Ermənilərə silah daşınmasını ifşa edən proqramçı öldürüldü


Kvemo Kartli bölgəsinin Tetristkaro rayonundakı meşələrin birində avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ailə üzvləri paytaxt Tbilisidə Baş Prokurorluğun qarşısında şüarlı aksiya keçiriblər.

Azadpress.az Aktual-a istinadən xəbər verir ki, mərhum T.Baçaliaşvilinin anası Teona Tamazaşvili peyk şəkillərinin dərc olunması və sui-qəsd maddəsinin qrup halında qətl maddəsi ilə əvəzlənməsini tələb edib. Tbilisidə Baş Prokurorluğun qarşısında 23 yaşlı proqramçının ailəsinin keçirdiyi aksiyada daha bir diqqət çəkən məqam isə T.Tamazaşvilinin əlində tutduğu plakat olub. Belə ki, sözügedən plakatda "Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsini Azərbaycana qarşı silahlandırdı" - qeyd olunub.

23 yaşlı mərhum qızın anası jurnalistlərə müsahibəsində belə deyib: “Gürcüstan hökuməti üç yüksək vəzifəli məmurdan fayllar tələb etməlidir. Qızım təsadüfən onları açıb və silahla təminat sxemini deşifrə edib. Mən Azərbaycan və Türkiyə hökumətlərini hadisə ilə maraqlanmağı və Gürcüstan hökumətindən övladımın təsadüfən açdığı və deşifrə etdiyi üç yüksək vəzifəli məmurun sənədlərini, Qarabağ müharibəsinin silahla necə təmin olunduğu göstərən sxemləri tələb etmələrini xahiş edirəm. Potensiallı gənclər öldürülür və minlərlə gənciniz milyardlar qazanmaq üçün qurban verilir, daha nə sübut istəyirsiniz? Silah almaq üçün çox pul tələb olunduğuna görə övladıma fərqli şirkətlərdən milyonlarla pul köçürülürdü. Buna görə də DTX övladımın öldürülməsi hekayəsində iştirak edir". Aksiyaçıların sözlərinə görə, tələb etdikləri sübutlar təqdim olunmasa, etirazlar siyasi forma alacaq. Məlumat üçün xatırladaq ki, Kvemo Poniçala sakini olan T. Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşələrinin birində tapılıb.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.