top of page

Sentyabrın 15-də dərslər başlayır




Sentyabrın 15-də ibtidai sinif şagirdləri dərsə gedəcək.


“Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edirik”.


APA-nın məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.


Onun sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər siniflər şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib: "Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil alan 650 min uşaq dəsrsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Bu ərazilərdə epdemioloji vəziyyət gərgindir".


bottom of page