top of page

"Siqaret çəkənlərin koronavirusa yoluxma riski yüksəkdir"



Professor, həkim Adil Qeybulla deyir ki, siqaretçəkmə nəticəsində ağciyərləri zəifləyən və koronavirusa yoluxan şəxslər arasında ölüm halları daha çox olub.

“Siqaretin tərkibindəki karbohidratlar birbaşa insan orqanizminə çox mənfi təsir edir. Gün ərzində nə qədər çox siqaret çəkilirsə, ağciyər də bir o qədər zədələnir”.


Azadpress.az xəbər verir ki,bunu Sputnik Azərbaycan-a açıqlamasında professor, həkim Adil Qeybulla deyib.

“Bundan başqa, yanaşı xəstəliklərin olması, fiziki aktivliyin olmaması da siqaretin neqativ təsirlərini artırır. Artıq birmənalı şəkildə sübut edilib ki, siqaret çəkən hər 20 nəfərdən birinin ağ ciyərində fəsad olur. Siqaret ağciyər xərçəngi yaradır. Bu səbəbdən də xəstənin onkoloji anamnizi toplananda, siqaret çəkib-çəkmədiyi də qeyd olunur. Artıq COVID-19 fonunda da siqaretin zərərləri görülür. Belə şəxslərdə daha çox boğulma müşahidə edilir. Siqaretçəkmə nəticəsində ağciyərləri zəifləyən və koronavirusa yoluxan şəxslər arasında ölüm halları daha çox olub”, - deyə Qeybulla bildirib.

Dünyanın müxtəlif ölkələrində COVİD-19-la mübarizəyə paralel olaraq siqaretə tələbat kəskin aşağı düşüb. Belə ki, təkcə İngiltərədə 1 milyon nəfər siqaretdən imtina edib. Araşdırmanın nəticəsinə əsasən, son 4 ayda siqaretdən imtina edənlərin 41 faizi məhz yayılan pandemiyaya görə bu addımı atıb.



Commentaires


bottom of page