Tramp Demokrat partiyasına ianə bağışayan Stiv Cobsun xanımını mərhum ərinin pullarını havaya sovurmaqda suçladı
ABŞ prezidenti Donald Tramp “Apple” şirkətinin qurucusu Stiv Cobsun dul xanımı Lorenn Cobsu mərhum ərinin pullarını boş-boşuna xərcləməkdə ittiham edib.
Amerikan mediası Ağ Ev rəhbərinin başqa birisinin özəlinə, yəni pullarını necə xərcləmək məsələsinə müdaxiləsinin səbəbini tapıb.
Belə ki, Lorenn Cobsun Donald Trampa müxalif mövqeyi ilə tanınan “The Atlantic” jurnalına külli miqdarda vəsait ayrıması prezidentin xoşuna gəlməyib. Tramp narazılığını tvitterdə də dilə gətirib.
“Yəqin ki, Stiv Cobs da xanımının sol radikal “The Atlantic” jurnalına pul xərcləməsindən xoşlanmazdı. Bu jurnala dələduz birisi (baş redaktor Ceffri Qoldberq) rəhbərlik edir və ancaq feyk xəbərlər, habelə nifrət yaymaqla məşğuldur. Sən ona həm yaz, həm də başa sal və bununla bağlı fkirlərini anlat”,- deyə Donald Tramp “Turninq Point” tələbə hərəkatının rəhbəri Çarli Kirkə müraciət edib.
Qeyd etmək lazımdır ki, məhz Çarli Kirk Lorenn Cobsun Donald Trampın əsas rəqibi, Demokrat partiyasının prezidentliyə namizədi Co Beydenin kampaniyasına 500 min dollar pul yatırdığını xəbər etmişdi.
“The Atlantic”lə prezidenti qarşı-qarşıya gətirən 2018-ci ildə jurnalda dərc olunan bir material olub. Həmin yazıda Donald Trampın 1-ci Dünya müharbəsinin bitməsinin 100 illiyində həlak olan amerikan əsgərlərinin basdırıldığı məzarlığı ziyarət etməkdən boyun qaçırdığı bildirilmişdi. Yazı prezident administrasyası tərəfindən qəzəbli şəkildə təkzib olunub. Azadpress.az
Comentarios