Bu gün Ankarada Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci qurultayı keçirilir.
APA-nın məlumatına görə, qurultayda ana müxalifət partiyasının sədri və Məclisinin üzvləri seçiləcək.
Kemal Kılıçdaroğlu 80 rayon partiya təşkilatının sədrinin imzası ilə 6-cı dəfə partiya sədri postuna namizəd olacaq. Eyni zamanda İlhan Cihaner, Tolga Üarman və Aytuğ Atıcı da partiya sədri postuna iddialıdır.
Qurultayda 1300-dən çox qurultay nümayəndəsi iştirak edir. Azadpress.az
Comments