top of page

Türkiyə generalları Bakıya gəlib


Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlib.

Müdafiə Nazirliyindən Azadpress.az-a verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Comments


bottom of page