Türkiyə və İranın Azərbaycandakı səfirləri bir araya gəldilər


Noyabrın 26-da Bakıda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş olub.

Bunu Seyid Abbas Musəvi “Tvitter” səhifəsində yazıb.

“Bu gün dost və qardaş Türkiyənin Bakıdakı səfiri Erkan Özoral ilə məhsuldar görüşümüz oldu. Görüşdə ikitərəfli və Azərbaycanla əlaqələrimizi, Dağlıq Qarabağ bölgəsindəki son vəziyyət haqqında fikir mübadiləsi etdik”, - iranlı səfir bildirib.("Report")

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.