Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Faynənşl Tayms”a açıqlamasında deyib.
Nazir bildirib ki, müqavilə şərtlərini sənaye, kənd təsərrüfatı məhsulları və xidmətlər əhatə edir:
“Məsələ ilə bağlı müzakirələri yekunlaşdırmağa yaxınıq. Sadəcə bəzi texniki məsələlər həll edilməlidir. İkitərəfli ticarətimizin həcminə baxsanız, bunun 95 faizi sənaye, 5 faizi isə kənd təsərrüfatı məhsulları və xidmətlərdir. Bu barədə razılığa gəlmişik”.
XİN rəhbəri İngiltərənin Türkiyənin strateji müttəfiqi olduğunu xatırladıb:
“Eyni zamanda, Breksitdən sonrakı dövrdə İngiltərə ilə ikitərəfli ticarəti artırmaq barədə razılaşmışıq. Bu çərçivədə 20 milyard dollarlıq hədəf müəyyənləşdirmişik”. Azadpres.az
Comments