top of page

TƏCİLİ:Tovuzda yenidən atışma başladı


"Yeni Müsavat" qəzetinin Tovuz rayonuna ezam olunan əməkdaşları xəbər verir ki, cəbhə istiqamətində yenidən erməni təxribatı başlayıb.

Əməkdaşlarımız bildirir ki, hazırda rayonun Əlibəyli, Ağdam və Yuxarı Öysüzlü istiqamətlərində atışma başlayıb.

Ermənilər yüngül çaplı silahlardan mövqelərimizi atəşə tutmağa başlayıb.

Əməkdaşlarımız onu da bildirir ki, hazırda rayon ərazisində güclü külək əsir, şiddətli yağış yağır. Azadpress.az

Comments


bottom of page