Təhsil nazirliyinin əməkdaşları Xarici İşlər Nazirliyində işləyəcək


Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifədən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə E.Məmmədov feysbuk səhifəsində məlumat verib.

O bildirib ki, digər dövlət qurumunda aldığı təyinatla bağlı Təhsil Nazirliyində tutduğu vəzifədən azad olunub.


“Böyük təhsil ailəsinin üzvü olduğumdan qürur duyuram. Hesab edirəm ki, təhsildə çalışan hər bir insan bu sahəyə ömürlük bağlı olur. Bu mənada mən təhsil ailəsinin üzvü olaraq qalıram. Təhsil Forumundakı fəaliyyətimi isə ictimai əsaslarla davam etdirəcəm. İşlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq, hamımızın bir amalı var – doğma Vətənimizə xidmət etmək. Hər bir sahədə. Hər bir yerdə. Hər bir anda. Bu ali missiyanın həyata keçirilməsində mən hamımıza uğurlar arzu edirəm!” - deyə o bildirib.

Bildirilir ki, E.Məmmədov Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil naziri Ceyhun Bayramov vəzifədən azad edilərək, Xarici İşlər naziri postuna təyin edilmişdi. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.