top of page

Taksi xidməti ucuzlaşmalıdır



Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklərdə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi və sosial öhdəliklərinin əhəmiyyətli dərəcədə azaldılması təklif olunur.


Azadpress.az Axar.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Qalib Toğrulun fikrincə, bununla taksi xidmətləri ucuzlaşa bilər.

1 apreldən qüvvəyə minən vergi və sosial öhdəlikləri müqayisə edən ekspert şəhərlər üzrə taksi sürücülərinin nə qədər ödəyəcəyini də açıqlayıb:

“Bakı şəhərində və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar hazırda 18 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyir ki, bu da ayda cəmi 80.50 manat edir. Bundan sonra isə 9 manat sadələşdirilmiş vergi, 30 manat məcburi sosial sığorta haqqı ödəyəcək. Yəni ayda cəmi 39 manat. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar isə 13,50 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyirdi. Bundan sonra isə 6,75 manat sadələşdirilmiş vergi, 22,50 manat məcburi sosial sığorta haqqı, yəni ayda cəmi 29,25 manat ödəyəcək. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar 9 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyir. Bundan sonra isə 4.5 manat sadələşdirilmiş vergi, 15 manat məcburi sosial sığorta haqqı ödəyəcək”.

Ekspertin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olanlar üçün bir sevindirici xəbər də ondan ibarətdir ki, onlar məcburi dövlət sığorta haqqını daha sadə şəkildə - “Fərqlənmə nişanı” alarkən ödəyəcəklər. Azadpress.az

Comments


bottom of page