top of page

"Tesla" Texasda yeni zavod inşa edəcək


ABŞ-ın “Tesla” korporasiyası Texas ştatında Ostin şəhəri ətrafında yeni zavod inşa edəcək.

“Report” xəbər verir ki, bu barədə CNBS “News” bildirib.


Nəşrin məlumatına görə, “Tesla”nın rəhbəri İlon Mask bu barədə korporasiyanın maliyyə fəaliyyətinə həsr edilmiş mətbuat konfransının gedişatında danışıb.


Onun sözlərinə görə, müəssisənin tutacağı sahə təxminən 800 hektar təşkil edəcək. Biznesmen əlavə edib ki, “Tesla” inkişaf etməyə davam edəcək. Şirkət baş ofisinin yerləşdiyi Kaliforniyada gələcək inkişafla bağlı bir sıra planlar hazırlayıb.

Azadpress.az

Comments


bottom of page