Teymur Rəcəbov Aronyana qalib gəldi-Çempion oldu



Blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşləri yekunlaşıb.

Azadpress.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb.

34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci dueldə də rəqibinə gücünü göstərib.


Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edərək (2:1) çempion tituluna yiyələnib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.

Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.