top of page

Tonoyan Qarabağa gəldi və Azərbaycanı döyüşə çağırdı


Ermənistanın müdafiə naziri David Tonoyan ölkədəki diplomatik nümayəndəliklərlə silsilə xarakterli görüşlər keçirdəndən sonra işğal altındakı Qarabağ torpaqlarında peyda olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Tonoyan qondarma qurumun oyuncaq müdafiə naziri Calal Arutyunyanla görüşüb. Erməni mətbuatı onun Qarabağa “işgüzar səfər” etdiyini yazıb. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri başlayan gündən səfirlərin qapısını kəsdirib onlara şikayətlənən erməni nazir bu dəfə başından böyük danışıb. O, Azərbaycan rəhbərliyinin “hələ ki gec deyil” məzmunlu açıqlamasına cavab olaraq iddia edib ki, erməni ordusu da komanda gözləyir. 

Son vaxtlar özünü Ermənistanın rəhbəri kimi aparan D.Tonoyan, necə deyərlər, özü öz ayağı ilə gəlib və iddialı mövqeyi ilə “buynuzu gidişən keçi”ni daha çox xatırladır...

Comments


bottom of page