top of page

Tovuz cəbhəsində vəziyyət-Son dəqiqə


Müdafiə Nazirliy Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki vəziyyətlə bağlı açıqlama verib.

Azadpress.az xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan yaralananlar da var: "Hazırda onların müalicələri davam edir. Bəzi KİV nümayəndələri yaralı hərbçilərimizə baş çəkmək istəyirlər. Pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub. KİV təmsilçilərinin bunu nəzərə almalarını xahiş edirəm".

Comments


bottom of page