top of page

Toy karvanları yollarda tıxaclara səbəb olur


Günün pik saatlarında şəhərin küçələri ilə hərəkət edən toy karvanları tıxaca səbəb olur və qəza vəziyyəti yaradır. Yəqin elə buna görədir ki, toy karvanındakı avtomobillərin iştirakı ilə baş verən qəzaların sayı artmaqdadır.



Elə toy karvanları var ki, yol hərəkəti qaydalarına ümumiyytlə məhəl qoymur. Lakin belə sürücülər anlamırlar ki, toy karvanı yolda hər hansı bir üstünlük vermir. Və yolda hər hansı bir qəfil hərəkət toyu yasa çevirə bilər. Bu səbəbdən də toy karvanlarına qarşı bəlkə də xüsusi tələblərin qoyulmasına ehtiyac var. Toy karvanında iştirak edən avtomobillər yolun hərəkət zolaqlarını tutur, yolayrıclarını necə gəldi, keçirlər. Belə sürücülər yolun hərəkət hissəsini nizamsız şəkildə zəbt etməklə və qarşı yola çıxmaqla digər avtomobillərə təhlükə yaradırlar.

Toy karvanında avtomobillərin sayının azaldılmalıdır. Bugünkü vəziyyətdə toy karvanı üçün avtomobil sayı minum olmalıdır. Əgər kimsə öz toyunda 10 maşınla yola çıxacaqsa, təbii ki, hərkəti məhdudlaşdıracaq.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, strateji aeroport yolu sayılan Heydər Əliyev prospekti ilə hərəkət edən toy karvanları bir neçə zolağı tutmaqla və sürəti qəfil azaltmaqla qəza şəraiti yaradırlar. Eyni zamanda bu hərəkətlər şosse yolunda tıxaca səbəb olur. Bu da öz növbəsində insanlarda narahatlıq və narazılıq oyadır:

"Maşınların həddən artıq asta sürülməsi süni tıxacların yaranmasına səbəb olur. Həddən artıq asta hərəkət yolda ləngimələrə səbəb olur. Toylar axşam saatlarına, vətəndaşların işdən çıxdığı vaxta təsadüf etdiyindən vəziyyət daha da çətinləşir. Bu gün toyların artması ilə toy karvanlarına nəzarətin gücləndirilməsi də artıq aktuallaşıb"



bottom of page