top of page

Toyota Bakı Mərkəzi "İchiban" mükafatına layiq görülüb


"Toyota Motor Europe” şirkətinin Azərbaycandakı rəsmi dileri müştəri məmnuniyyəti mükafatına layiq görülüb. Bu barədə Azadpress.az saytına "ISR Auto" şirkətindən xəbər verilib.


İchiban 2020: Ən Yaxşı Toyota dilerlərinin müştəri xidmətləri mükəmməlliyi üzrə mükafatıdır."Toyota"nın Azərbaycandakı rəsmi dileri - Toyota Bakı Mərkəzi "İchiban" mükafatına layiq görüldü və bununla Avropanın ən yaxşı dilerlərindən oldu.

Ichiban Yapon dilində "bir nömrə" deməkdir. Toyota Ichiban mükafatı müştəri xidmətləri sahəsində üstün olan Avropadakı Toyota dilerləri üçündür.Avropada 2500-dən çox Toyota dileri hər il İchiban mükafatının 45 qalibindən biri olmaq uğrunda mübarizə apararaq, "müştəri hər zaman birinci" təfəkkürünə bənzərsiz yanaşma və sadiqlik nümayiş etdirərək mükafatlandırılır.


Bu dəfə koronavirus pandemiyası ilə əlaqədar olaraq mükafatlandırma mərasimi virtual keçirilərək, Toyota Motor Avropanın Brüsseldəki qərargahına Toyotanın ən yaxşı dilerləri rəqəmsal şəkildə qoşuldular.Matt Harrison, Toyota Motor Europe şirkətinin icraçı vitse-prezidenti çıxış edərək belə söyləyib: "Bugünkü mərasimimiz virtual baş tutsa da, əsas məqsədimiz dəyişməz olaraq qalır - nailiyyətləri ilə fərqlənən, Toyota 2020 İchiban qaliblərini tanımağımız üçün buradayıq."

Qeyd edək ki, Toyota Bakı Mərkəzi artıq üçüncü dəfədir ki, Ichiban mükafatına layiq görülür.

“Toyota Bakı Mərkəzi” 2006-cı ildən “Toyota"nın Bakıda ilk rəsmi dileridir. 2014-cü ilin iyun ayında şirkət "Toyota Caucasus” şirkəti tərəfindən ay ərzində ən çox satış göstəricisi sertifikatı ilə təltif olunmuşdur. 2015-2016-cı illərdə də “Toyota Bakı Mərkəzi" "Toyota"nın Avropada ən yaxşı dileri kimi "İchiban" mükafatına layıq görülmüşdür. 2015-ci ilin yazında şirkət “Toyota Motor Corporation” tərəfindən Toyota standartlarına tam uyğunluq sertifikatı ilə təltif edilmişdir.

Avropanın ən yaxşı dilerlərinin tam siyahısı ilə Toyota Avropanın rəsmi saytında tanış ola bilərsiniz: https://newsroom.toyota.eu/ichiban-2020--the-best-toyota-r…/



Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page