top of page

Toyota Bakı Mərkəzi - 15 il xidmətinizdə!



Azərbaycanda ilk rəsmi "Toyota" dileri bu il 15 yaşını qeyd edir. Yaponiya brendinin inkişaf tarixi 2006-cı ildə Toyota Bakı Mərkəzinin açılışı ilə başlayıb.


Toyota Bakı Mərkəzi(TBM) Azərbaycanda ISR Holdinqin tərkibinə daxil olan ilk rəsmi dilerdir. Mərkəz fərdi və korporativ müştərilərə "Toyota" markasının yüksək dünya standartlarına cavab verən avtomobillərinin satışı və servisi sahəsində tam spektrli xidmətlər təqdim edir.

Müştəriyönümlü yanaşma sayəsində mərkəz yüksək işgüzar reputasiya, müştəri etimadı qazanmağa və brendin həvəskarlarını birləşdirməyə nail olub. Artıq 15 ildir ki, bir çox müştərilər Toyota brendinə sadiqdirlər və bu avtomobillərə olan sevgi nəsildən-nəslə ötürülür.


Yarandığı gündən Toyota Bakı Mərkəzi dəfələrlə yüksək satış göstəriciləri ilə mükafatlandırılıb. TBM təmirin keyfiyyətinə və onun həyata keçirilməsinə zəmanət verən Toyota standartlarına tam uyğunluq sertifikatı alıb. Avtomobillərə servis burada yüksək ixtisaslı peşəkar mexaniklər tərəfindən həyata keçirilir.


Toyota Bakı Mərkəzi üç dəfə “İchiban” mükafatına layiq görülüb ki, bu da Avropa təcrübəsində nadir haldır. Bu, illik mükafat müştərilərə ən yaxşı xidmət və yüksək keyfiyyətli xidmət göstərən dilerlərə verilir. Mərkəz həm də ilin ən yaxşı şirkəti olaraq bir neçə dəfə mükafata layiq görülüb. Son zamanlar TBM müxtəlif təşəbbüslərin və yeniliklərin həyata keçirilməsi ilə seçilir. Böyük nəticələr, layiqli mükafatlar və daimi müştəri dəstəyi ilə zəngin 15 gözəl və məhsuldar il!

Toyota Bakı Mərkəzi 15 ildir sizə xidmət etməkdən qürur duyur!


Əlaqələr:

Ünvan: Toyota Bakı Mərkəzi: F. Bayramov 26

Tel .: (012) 4967010

Veb sayt: www.toyotabaku.az

Facebook: www.facebook.com/ToyotaCenterBaku/

Instagram: https://www.instagram.com/ToyotaCenterBaku/

bottom of page