top of page

"Toyota" Bakıda “Sıfırın ötəsində” aksiyasını keçirib-FOTO


"Toyota Avropa"nın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi “Sıfırın ötəsində” (Beyond Zero) ətraf mühitin qorunması aksiyası keçirib.

Aksiyanın əsas məqsədi insanların ətraf mühiti çirkləndirməməsi, ona qayğı ilə yanaşması, çirklənmiş ərazilərin təmizlənməsidir. Aksiyada mərkəzin əməkdaşları ilə yanaşı könüllülər də iştirak edib. Aksiya iştirakçıları təmizlik işlərini aparıb və vətəndaşları məlumatlandırıblar.


“Toyota”nın yeni qlobal məqsədlərindən olan “Beyond Zero”, atmosferi çirkləndirən texnologiyadan tam imtina etmək, yeni, daha sağlıqlı və faydalı texnologiyalara keçidi təmin etməkdir. "Sıfırın ötəsində"- “Toyota” üçün sıfır karbon emissiyası ilə ətraf mühit və cəmiyyətin sağlamlığı üçün yeni öhdəliklərdir.


Elektrikləşmənin liderlərindən olan “Toyota Motor Corporation” 2025-ci ilədək 40-a qədər yeni və ya yenilənmiş elektrikli avtomobillərin satışa çıxarılması planlarını gerçəkləşdirmək üzərində işləyir. Bunula da "Ətraf Mühit 2050 Çağırışı"nı həyata keçəcək.


















bottom of page