Tramp Ərdoğanla son danışığının detallarını açıqlayıb


Biz Suriyanın Türkiyə ilə sərhədindən əsgərlərimizi çıxaranda hər kəs bunun “qorxunc” olduğunu bildirdi.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım və o, sərhədə biz olmadan da yaxşı nəzarət edildiyini söylədi. Bu sərhədi (Türkiyə-Suriya) 2 min ildir siyasiləşdirirlər. Biz Türkiyə və Suriya sərhədini qoruyurduq. İndi də əsgərlərimizi vətəndə görmək istəyirik. Mən bir il öncə bununla bağlı qərar verəndə tənqidlərə məruz qaldım. İndi onlar öz sərhədini qoruyurlar. Biz bölgədə nefti qoruduq. Yalnız bir nöqtədə neftlə bağlı problemləri həll edib, oradan çıxacağıq”, - Tramp bildirib. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.