top of page

Tramp uyğur xalqının hüquq və azadlığını təmin edən qanun imzalayıb


Çərşənbə günü ABŞ prezidenti Donald Tramp uyğurlara qarşı törədilən  repressiyalara görə, Çinə  sanksiyalara çağıran qanunvericiliyi imzaladıqdan sonra Çin də öz növbəsində, ABŞ-ı cavab tədbiri görməklə təhdid edib. Azadpress.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki,Trampın keçmiş milli təhlükəsizlik müşavirinin yeni kitabında  Trampın uyğurların kütləvi həbslərini təqdir etdiyini iddiasından sonraya təsadüf edib. Konqresin yalnız  əleyhinə bir səslə qəbul etdiyi qanun layihəsi Çinin müsəlman azlığına təzyiqlərə cavabdeh olanlara qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutur.  Bununla da  Çinə insan haqlarına dair güclü mesaj göndərmək məqsədi daşıyır. BMT Sincan bölgəsindəki düşərgələrdə bir milyondan çox müsəlmanın saxlandığını təxmin edir. ABŞ Dövlət Departamenti Çin rəsmilərini müsəlmanlara işgəncə verməkdə, zorakılıq tətbiq etməkdə və "mədəniyyətlərini, dinlərini məhv etməyə çalışmaqda" ittiham edib. Bütün bu ittihamları rədd edərək düşərgələrdə peşə təlimi verildiyini və ekstremizmə qarşı mübarizədə buna ehtiyac duyduğunu deyən Çin, qanunun imzalanmasına hiddətlə cavab verib.

Bunun Sincandakı insan haqları vəziyyətinə "böhtan" atdığını, Çinə qarşı qəsdən edilən bədniyyətli bir hücum olduğunu deyib: "Biz ABŞ tərəfini bir daha səhvlərini düzəltməyə və Sincanla əlaqədar olan bu qanundan Çinin maraqlarına zərər verməyə,  daxili işlərinə qarışmaq üçün istifadə etməyə son qoymağa çağırırıq", - deyə, Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Eyni zamanda qeyd edilib ki, əks təqdirdə Çin qətiyyətli şəkildə müvafiq tədbirləri görəcək. Bildirilib ki, bunun nəticələrinə görə  də təkcə Birləşmiş Ştatlar məsuliyyət daşıyacaq.

bottom of page