top of page

Türkiyə Azərbaycana yeni səfir təyin edib


"Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum".

Azadpress.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçı "Twitter" hesabında paylaşım edib.

“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm”, - deyə səfir yazıb.

Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:

“Əsaslı dostluq və qardaşlıq ruhu ilə, sevgi ilə çalışqan arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib etsin”.


bottom of page