top of page

UNEC İqtisad Universitetinin direktoru saxlanılıb-YENİLƏNİB


Azərbaycan Dövlət İqtisad Universiteti

Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, Dərbənd rayonunun keçmiş başçısı Qurban Qurbanov artıq sərbəst buraxılıb. O,şahid qismində dindirilib və daha sonra evinə qayıdıb. İstintaq bu prosesdə saxlanılan Fuad Şıxıyevə və daha 10 nəfərə ittiham irəli sürərək həbsdə saxlayıb.


**********

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov saxlanılıb.

Azadpress.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Molodyoj Daqestana" öz mənbələrinə istinadən yayıb. Onun qanunsuz torpaq payları ayırmaq cinayət işi üzrə saxlanıldığı vurğulanıb.

Qurban Qurbanov 1998-2014-cü illər ərzində Dərbənd rayonuna rəhbərlik edib. 2014-cü ildə o, Dağıstanın o zamankı lideri Ramazan Abdulatipovun böyük təzyiqləri sayəsində istefaya göndərilmişdi. İstefaya gondərilməsinə rəsmi səbəb kimi qanunsuz torpaq paylanılması göstərilsə də, 2018-ci ildə məhkəmə ona qarşı bu ittihamların hamısını rədd edib. Qurbanov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru vəzifəsini icra edir. Azadpress.az

Qurban Qurbanov

bottom of page