Universitetlərdə dərslər bu tarixdən başlayır





Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq.


Musavat.com-un məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir onu da bildirib ki, oktyabr ayından 1-ci kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən universitet və ali məktəbləri ilə tanışlıq üçün gəlməsi planlaşdırılır: “15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq. 2 noyabrdan bu məsələyə yenidən baxıla bilər”. Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.