İrəvanda doğulub sonradan Rusiya vətəndaşlığı alan Ruben Vardanyan dünyada rusiyalı milyarderi kimi tanınır. İndi də bəyan edir ki, bəs gəlirəm Qarabağa, Xankəndinə.
Buna sual verən yoxdur ki, ay Ruben, niyə dünənə qədər, hətta bu ilin fevralına qədər bu fikirə düşmürdün? Səni nə məcbur etdi?
Amma Ruben düz desə də, deməsə də bunun bir sadə cavabı var. Cavab isə belədir: Rusiya Ukrayna müharibəsindən sonra, Avropa rusiyalı biznesmenlərin Avropa banklarındakı pullarını dondurdu. Təbii ki, R. Vardanyanında milyonları əlindən çıxdı. İndi bu öz aləmində Xankəndinə gəlmək və Qarabağda vətəndaşlığı almaq istəyi ilə, avropadakı hay (erməni) diasporalarının diqqətini öz üzərinə çəkməklə, guya Xankəndinə gəlib ora sərmayə qoyacaq və bunun üçün isə maddi vəsait lazımdır. Vəsait isə Avropa banklarında. Bəs Avropa banklarındakı pulu necə geri qazanmalı? Bunun üçün Avropada sözü keçən, hay diaspora üzvləri bu yöndə ona kömək edəcəyini düşünür.
Dolayısı ilə öz milyonlarını qurtarmaq hayında olan Rubeni nə erməni milləti, nə Qarabağ, nə də milyonlarını qazandığı Rusiya maraqlandırır. Onun marağı öz pullarıdır...
Elman Telmanoğlu,
Politoloq.
Comments