Xırdalanda kütləvi dava-2 nəfər ölü, 6 yaralı


Azadpress.az “Report”a istinadən məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı 6 nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.

Dava zamanı ağır xəsarət almış 2 nəfər – H.Cabbarov hadisə, M.Məmmədov isə xəstəxanada vəfat edib. 1 nəfərin vəziyyəti ağırdır.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.