top of page

Xamneyi İrandan Türkiyəyə yaxınlaşma mesajı verdi


Aya Sofya qiyamətə qədər məscid kimi fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, bunu İran Ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri, sabiq Xarici İşlər naziri Əli Əkbər Vilayəti deyib.

“ABŞ Dövlət katibi Mayk Pompeonun başqa bir əmri yoxdur? Ataları bütün muzeyləri kilsələrə çevirdi. Əndəlüs məğlubiyyətindən sonra bacardıqları qədər kilsə tikdirdilər. Aya Sofya da qiyamətə qədər məscid kimi fəaliyyət göstərəcək. Türk xalqı bu qərar üçün prezident Rəcəb Tayyib Ərdoğana minnətdardır”, - sabiq nazir bildirib. Azadpress.az

bottom of page