top of page

Xanımağa mafiya başçısı Türkiyədə həbs olundu


Bu gün səhər saatlarında İstanbul polisi mafiyaya qarşı əməliyyat keçirib.

Azadpress.az Teleqraf.com-a istinadən xəbər verir ki, əməliyyat zamanı “Xanımağa” ləqəbli Guniz Akkuş da saxlanılıb.

Akkuş türk cinayət dünyasının önəmli adlarından biridir. Akkuşla birlikdə daha 10 nəfər tutulub.

Polis bəyan edib ki, “Hiyjen” adı verilən əməliyyatda çox sayda silah və sursat ələ keçirilib.

Xatırladaq ki, Guniz Akkuş sonuncu dəfə türk mafiya başçılarından Sədat Pekər tərəfindən təhdid edilmişdi. Pekər video yayaraq Akkuşu açıq təhdid etmiş və ömrünə az qaldığını bildirmişdi.


Comments


bottom of page