top of page

"Yüksəliş"in imtahanında kütləvi zəhərlənənmə olub



“Yüksəliş” müsabiqəsinin imtahanı zəhərlənmə səbəbindən dayandırılıb.


Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlanmalı olan ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb.


“Report” xəbər verir ki, zəhərlənənlər arasında texniki heyət, işçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.


Zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçirilən məkanda Təcili Tibbi Yardım briqadası tərəfindən zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər 1 və 3 saylı Şəhər Klinik xəstəxanalarına yerləşdirilib. Zərəçəkənlər zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra evlərinə göndərilib. Müsabiqənin İşçi qrupunun heyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və TƏBİB nümayəndələri zərərçəkənlərə baş çəkib, vəziyyətləri ilə yaxından maraqlanıblar.


“Yüksəliş” müsabiqəsinin təşkilatçıları tərəfindən yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.


“Yüksəliş” müsabiqəsinin “İdarəetmə potensialı üzrə” imtahanının yeni tarixi yaxın günlərdə açıqlanacaq.

Azadpress.az

Comments


bottom of page