top of page

"Ya qalib gələcəyik,ya da bizi yox edəcəklər "


Vladimir Putin rusları dövlətin parçalanması təhlükəsi ilə qorxudur.


Kremlin sahibi bəzi qüvvələrin Rusiyanı bölmək niyyətində olduğunu iddia edib.


“Bəzi qüvvələr 2000-ci illərdə Rusiyanı parçalamaq istəyirdi”.


Azadpress.az Musavat.com saytına istinadən xəbər verir ki, bu cümlə Rusiya prezidenti Vladimir Putinin “Moskva, Kreml, Putin” adlı proqram çərçivəsində verdiyi müsahibədə səsləndirilib.

Onun sözlərinə görə, 2000-ci illərdə güc strukturlarının Qafqazda çeçen separatçıları ilə (Putin onları terrorçu adlandırıb-red.) mübarizəsi zamanı sonuncular öz planlarını gerçəkləşdirməyə yaxın olublar:

“Özü də bunu təkcə Qafqazla bağlı söyləmək olmaz. Ölkənin şimalında, şimal-qərbində, mərkəzdə, Uralda - bir sözlə, hər yerdə eyni proses gedirdi. Müxtəlif vilayət və ya respublikaların  konstitusiyalarına göz atmaq kifayət edər ki, orada onların Rusiyanın tərkib hissəsi olduğuna dair cümlə olmadığını görəsən”.

Lakin Kremlin sahibi hansı region və ya respublikalardan söhbət getdiyini açıqlamayıb.

O, ötən əsrin 90-cı illərində gömrüklər və sərhədlərlə bağlı ağılsız qərarar qəbul olunduğunu da əlavə edib.

Onun fikrincə, indi də Rusiyanı parçalamaqla ona hakim olmaq istəyən qüvvələr mövcuddur. Lakin bu prinsip konkret bir dövlətdə onu daxildən bölmək yolu ilə həyata keçirilə bilər.

Putinin sözlərinə əsasən, ruslar həmişə vətənə sadəqətləri ilə fərqləniblər.

“Burada həmişə bir ideya olub: “ya qalib gələcəyik, ya da bizi yox edəcəklər”, - deyə o söyləyib.






bottom of page