top of page

Yaponiya Azərbaycana yeni səfir göndərdi


Yaponiya Azərbaycan Respublikasında yeni səfir təyin edib.

Azadpress.az Yaponiya səfirliyinə istinadən xəbər verir ki,Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vada Cüniçi 30 il ərzində İqtisadiyyat və Sənaye nazirliyində işləməklə, ticarət sərmayələrinin təşviqi, şirkətlərin dəstəyi üçün çalışıb.


Yeni səfir salamlama nitqində belə deyib: "Yaponiya, Azərbaycanı çox vacib tərəfdaş hesab edir və indiyə qədər mütəşəkkil şəkildə dostluq münasibətlərini inkişaf etdirmək üçün səy göstərmişdir. Ölkələrimiz siyasət, eləcə də, diplomatiyada qarşılıqlı şəkildə bir-birinə etibar etməklə, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq arenalarda da əməkdaşlıq etməkdədir. İqtisadi əməkdaşlığa gəldikdə, Yaponiya, indiyə qədər Şimal qaz buxar elektrik stansiyasının tikintisi, bütün ölkə boyu 250-dən artıq məktəb, xəstəxana, su təchizatı sisteminin tikintisi və s. kimi layihələrlə Azərbaycan əhalisinin rifahına töhfə verə bilmək üçün mümkün qədər dəstək vermişdir. Həmçinin, yapon şirkətləri AÇG neft yatağının işlənməsi layihəsində əməkdaşlıq edir və bundan sonra ətraf mühit, yüksək texnologiyalar və s. kimi sahələrdə də bir çox yapon şirkəti Azərbaycan şirkətləri ilə tərəfdaş olacaqdır"


bottom of page