top of page

Yaponiya "Tokio-2020" Olimpiadasına aydınlıq gətirib


Yaponiya hökuməti gələn ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarın oktyabrda veriləcəyinə dair xəbərlərə aydınlıq gətirib.


"Report"un məlumatına görə, ölkənin İqtisadi bərpa naziri Yasutoşi Nişimura parlamentdəki çıxışı zamanı onlarda belə bir informasiyanın olmadığını bildirib.


Nazir deyib ki, bunu yerli Təşkilat Komitəsindən dəqiqləşdirib: "Oyunların taleyi ilə bağlı qərarın oktyabrda veriləcəyi barədə heç bir söhbət yoxdur. Yaponiya gələn il təşkil olunacaq turnirə hazırlaşır və bunun üçün bütün səyləri göstərəcək".


Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax deyib ki, Tokio olimpiadasını gələn ilin yayında keçirmək mümkün olmasa, Oyunları ləğv etməli olacaqlar.


Qeyd edək ki, Tokio olimpiadası koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb. Azadpress.az

Comments


bottom of page